Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
29 Aprel , 2015

     Oğuz rayon mərkəzləşdirilmiş kitabxana sistemi şəhərimizin S.Vurğun küçəsində geniş binaya köcub. Sistemin direktor müavini S.Mikayılova müxbirimizə demişdir:

     MKS  uzun illər idi ki, köhnə darısqal binada fəaliyyət göstərirdi. Belə şərait isə mədəniyyət ocağının oxuculara normal xidmət göstərməsinə imkan vermirdi. Rayon icra hakimiyyəti rəhbirliyinin yaxından qayğısı sayəsində bizə daha geniş, təmirdən cıxmış bina ayrıldı. İndi biz əvvəllər şəhərdəki  1 nömrəli orta məktəbə məxsus olmuş, xalq təhsili şöbəsi ilə üz-üzə yerləşən həmin binaya köçmüşük. Burda kitab fondu, metodkabinet,  xidmət şöbəsi, oxu zalı və s. üçün geniş otaqlar var. Biz oxuculara daha həvəslə xidmət göstərməyə başlamışıq.

11 noyabr 1992 ci il