Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
16 İyun , 2015

İnsanlar hər bir məhsulu istehsal etmək üçün müəyyən əmək və vəsait sərf edir. Onlarin bəzilərinin gətirdiyi gəlir çəkilən zəhmətdən dəfələrlə çox olur. Bu baxımdan fındığı götürək: hər şeydən əvvəl onu qeyd edək ki, fındıq dünya bazarında yüksək qiymətləndirilir. Bunun bir çox üstünlükləri də var. Başqa meyvə ağacları 25-30 il yaşadıqları halda fındıq ağacı yüz il və daha çox yaşayır. Hətta xəstəliklərə qarşı çox davamlıdır. Hər il məhsul verir, meyvəsi saxlanarkən keyfiyyətini itirmir, çox az qulluq tələb edir, əkin materialları ucuz başa gəlir, nisbətən çox məhsul verir.

       Rayonumuzun əksər təsərrüfatlarında bildiyimiz kimi, fındıq sahələri var. Hər il müəyyən qədər məhsul istehsal olunur. Bir dəfə söhbət zamanı “28 May” kolxozunun iqtisadçısı N.Abdurrahmanovdan soruşdum ki, sizin kolxozdakı fındıq bağlarına il ərzində nə qədər vəsait xərclənir , nə qədər  vəsait xərclənir, nə qədər məhsul götürülür? O, qısa olaraq dedi: əgər hər hektara 10 manat sərf edilirsə,100 dəfə cox məhsul alınır. Deməli, fındıqçılıq ziyanla yox, gəlirlə işləyən sahədir. Bunları deməkdə məqsədim fındıq bağlarının artırılmasının sərfəliliyini göstərməkdir. Vacib deyil ki, bu sahəni inkişafı üçün fındıq bağları salmaq lazımdır. Rayon ərazisinin suvarma şəbəkəsində olan torpaqlarda kifayət qədər kolluq və az əhəmiyyətli meşələr var. Meşələrin əhəmiyyətini qeyd edənlər unutmasınlar ki, burada söhbət düz relyefdə olan meşələrdən gedir və fındıq bağları özü də elə bir meşədir.

      Yeni bağların salınmasında işçi qüvvəsinin çatışmazlığından söhdət açmaq lazım gəlir. Çünki bu problemi sahənin icarəyə verilməsini özü həll edir. Bağlar məhsul verənə kimi cərgələr arasında bostan, tərəvəz, yonca əkmək mümkündür.

     Məncə bütün bunları həyata keçirmək elə bir problem deyil. Xöşbəxtlikdən bizə fındıqçılığı inkişaf etdirmək üçün yaxşı təbii şərait bəxş olunub. Həm də unutmayaq ki, Azərbaycanın dünya bazarındakı iqtisadı meydanlarından biri də fındıqla genişləndirilə bilər.

        Hümmət Namazov.             Təqaüdçü,əmək veteran.

         

         3 iyul 1992-ci il.