Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
16 İyun , 2015

İsrail və Azərbaycan dostluğu getdikcə genişlənir. Yaxın gunlərdə bu dostluqla əlaqədar respublikamıza gələn israilli nümayəndələrin 20 nəfəri rayonumuzda olmuşdur. Onların arasında alimlər, iqtisadçılar, müxtəlif sənət sahibləri, jurnalistlər vardı.

       İsrailli qonaqların əvəllcə rayonun rəhbərləri ilə görüşü və söhbəti olmuşdur. Sonra onlar icra hakimiyyəti binasının iclas zalında Oguzda yaşayan yəhudilərin nümayəndələri ilə görüşüb maraqlı söhbət aparmışlar.

    İsraildən tanışlıq məqsədi ilə gələn xoş məramlı nümayəndələr  Oğuzun bir sira tarixi abidələrinə, mənzərəli yerlərinə baxmış, ağsaqqal, ağbirçəklərlə həmsöhbət olmuş, yəhudi ailələrinin mənzil-məişət şəraiti, sosial iqtisadi qayğıları ilə maraqlanmışlar.

      Qonaqların şərəfinə böyük ziyafət verilmişdir. İsrailli nümayəndələr Oğuzdan xoş və ürəkaçan təəssüratla qayıtmışlar.

                        17 iyul 1992-ci il.