Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
16 İyun , 2015

 (Oxucuların xahişı ilə).

                              İttihamlar.

  1. Şuşaya gedən ilk könüllülərin sırasında oğuzlular  da var idi. Onların sayı get-gedə artırdı. Bu gənclərin çoxu əvvəllər Qubadlının Cibikli kəndinin müdafiəsində iştirak etmişdilər. Bölgəmizin sakinləri ölumu paltar kimi əyninə geyinib düşmənin qarşısına gedən, torpaqlarımızı erməni yağılarından qorumaq istəyən könüllü oğulları ilə həmişə öyünürlər. Bu könüllülərin başında Tofiq Oğuz - Rzayev Tofiq Qafar oğlu dururdu.

Tofiq bəy demokratik hərəkata, azadliq mübarizəsinə ilkin qoşulanlardan biri idi. Vətənin dar günündə geri durmamış, əlinə silah göturub ön cəbhəyə getmişdı.

  1. Xalqımız Şuşanı özunün alınmaz qalası , qələbəmizə yol açacaq hücumlarımızın başlangıc nöqtəsi sanırdı. Şuşanın xəyanət qurbanı olmasını hamı bılır. Lakin xəyanət edənlər bunu başqalarında , ilk növbədə Şuşanı müdafiə etmək üçün könullü olaraq oraya gedənlərın üstünə atmaq istəyirlər və bunu televiziya ekranindan Şuşadaki “Oğuz” müəssisəsinin milli ordu forması geymiş sədri könüllülərin,  Şuşanı müdafiə etmək üçün oraya gedənlərin ünvanına yağdırmışdı.  Böhtanlarla dolu həmin verlişdən sonra duşunmək olardı kı, tezliklə Tofiq bəy televiziya ekranına çıxaraq könüllülərə, qara yaxanların cavabını verəcək , bir cox həqiqətləri bəlli edəcək. Amma Tofiq bəy görünmədi, onu gördüm deyən olmadı.

Sonra həm rəsmi qəzetlərdə, həm də muxalif qəzetlərində  Tofiq Oğuz və onun bataliyonunun döyuşçüləri haqqında bir - birindən fərqlənən yazılar verildi. Elə qəzetlər vardı ki bir nömrədə Tofiq Oğuz haqqında tənqıdı yazılar yazılırdı, sonraki nömrədə təkzib edilirdi. Tofiq Oğuzun mətbuatda adı hallandırılmasında müxtəlif  fikirlər irəli sürülür. Ən ciddi tənqidlərdən biri onun  batalyonunun  çoxlu üzvlərinin də Şuşanın müdafiəçilərin mühüm hissəsi ilə bərabər erməni hücumlarından bir neçə gün əvvəl şəhəri tərk etməsi ilə bağlıdır.

  1. Tofiq bəy Ermənistan adı verilmiş qədim torpaqlarımızdan, içində yaşadığımız yüz illiyin əvvələrində qovulmuş , bölgəmizdə Yaqublu adlı kənd qurmuş bir elin, bir nəslin övladıdır. Onun qanında ermənilərə təbii bir nifrət vardı. Xəmiri milli ruhda  yoğrulmuş Tofiq bəyin əlinə silah alıb Şuşaya getməsinə bu nifrət də təsir etməmiş deyil.     

                            Həqiqətin bir üzü var.

  1.   Söhbət etdiyim adamlara Rəhim bəyin Tofiq Oğuza münasibətilə bağlı sual verdim. Onlar bu münasibətin cox yaxşı olduğunu , Rəhim bəyin Tofiq Oğuza inandığını, etibar etdiyini söylədilər. Rəhim bəyin “Batalyon komandiri” Tofiq Oguzun bu gunə kimi harada olduğu məlum deyil. Bunun səbəbi sözsüz ki, Şuşanın məğlubiyyəti ilə bağlıdır.

AXC Məclisinin üzvü Oğuz rayon İcra Hakimiyyətinin başçısı Vaqif  Davudovin dedikləri də T.Oğuzun Şuşa xəyanətı ilə bağlı bütün sirləri bildiyinə görə hakim qüvvələr, inzibatı orqanlar  tərəfindən nəzarətdə saxlanması barədə şaiyələrin üstünə kölgə salır.

  1. .....Ağlamaqdan gözlərinin yaşı qurumuş,taqətsiz  bir ana XC rayon təşkilatı rəhbərlərinə , AXC-dən rayona gələn nümayəndələrə, T.Oğuzu tanıyanlara ağız açıb imdad diləyir:

-Oğul Vətən üçün ölər. Bircə oğlumun təmiz adını qaytarın! Üzulmüş anaya oğlunu qaytara bilmiriksə, olmuşları üzə çıxarıb, həqiqəti aşkarlayıb, onun təmiz adını qaytaraq!.

Tofiq bəy Şuşaya yola düşəndə qadını körpə gözləyirdi. O gedəndə deyib ki, uşağin  adını gəlib özum qoyacam. Mayın əvvələrində Tofiq bəyin anası, yoldaşı oğlu, qızı, qohum-əqrəbası gözləyir ki, ata gəlib uşağına ad  qoyacaq.  Adsız-atasız böyüyən bu körpəyə atasını qaytara bilmiriksə, onun daha geri dönməyəcəyini sübut edib adını verək. Həqiqət  acı da olsa, şirin də olsa hökmən deyilməlidir. Bunu Tofiq bəyin cəbhədaşları, silahdaşları hamısı etməlidir.

19 iyun 1992-ci il.