Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Rayon haqqında
3 İyul , 2015

        Oğuz məscidi. Rayonumuzun sakinləri və qonaqları illərdən bəri belə bir ibadətgahın tikilib istifadəyə verilməsi arzusunda olmuşlar. İmkanlı və inamlı adamlar son illərdə yaranmış şəraitdən istifadə edərək bu nəcib işə girişdilər. Və bu gun 4 yanvar 1995-ci il tarixdə Oğuz məscidində ilk böyük mərasim keçirilirdi.

      Mərasimə rayonun bütün kəndlərindən, şəhərimizdən dindarlar, rəhbər işçilər, müxtəlif  təbəqələrdən olan hörmətli adamlar, habelə Şəki  rayonundan olan qonaqlar dəvət edilmişdilər.

       Mərasimə gələnlər Oğuzda məscidin fəaliyyətə başlaması ilə əlaqədar bir-birini təbrik edir, həyətin ətrafina səliqəli cəkilmiş hasar boyu ağac  əkirdilər. Vaxt çatanda mərasim başlandı.

    Mərasimi məscidin tikilib istifadəyə verilməsində, fəaliyyətə başlamasında və bu günkü tədbirin təşkilində böyük xidmətləri olan Hacı Cumar açdı.  O məscidin fəaliyyətə başlamasının rayon həyatında mühüm hadisə olduğunu qeyd edərək dedi:

-         Bu gün toplaşdığımız bu məscid paklıq, təmizlik, müqəddəslik rəmzidir. Məscidin tikilib istifadəyə verilməsində Türkiyə xeyriyyəçilərinin böyük əməyi olmuşdur. Rayon rəhbərliyi, bir çox həmyerlilərimiz də fəalliq göstərmişlər.  Üç aya yaxındır ki, məsciddə dini mərasimlər keçirilir. Uşaqlara müqəddəs kitabımız öyrədilir. Mən rayon sakinlərini tez-tez məscidə  gəlməyə, təmizliyə, paklığa çağırıram. İnaniram ki, məscidin tikintisi davam etdiriləcək və başa catdırılacaq.

       Məscidin imamı Əlyəsər Əfəndi, Padar kəndindən Zaman Çələbiyev,Yaqubludan Qərib dayı, Oğuz şəhərindən Niyazı Lillahov , məscidin tikintisində fəalliq göstərmiş  Xanad Məmmədov və başqaları çıxış edərək ürək sözlərini söylədilər.

Rayon icra hakimiyyəti başçısının müavini Y.Naxçıvanlı çıxış etdi.

Qisa müddətdə müqəddəs kitabımızdan bir sıra surələr öyrənmiş balaca uşaqların oxuduqları parcalar maraqla dinlənilidi.  Məsciddə kecirilən ilk böyük mərasimdə ehsan verildi. Mərasim iştirakçıları ehsanın qəbul olunmasını uca allahdan arzu etdilər.

15 yanvar 1996-cı il.