Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Haqqımızda
8 Oktyabr , 2015

 Oğuz rayonunda ilk kitabxana 1941-ci ildə yaradılmışdır. 1947-ci ildə isə rayonun 3 kəndində, Xaçmaz, Qumlaq və  Daşağıl kəndlərində kitabxana yaradılmışdır.     

     1980-ci il sentyabr ayında Oğuz rayon Mərkəzi kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrilmişdir. 1980-ci ildən kitabxana öz ətrafında 1 mərkəz, 1 uşaq, 1 şəhər və 30 kənd kitabxana filialını birləşdirir. 2012-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2011-ci il tarixli 162№- li qərarına uyğun olaraq MKS-nin yeni strukturu yaradılmışdır.  Oğuz rayon MKS-nin 5 kitabxana filialı birləşdirilmişdir. Beləliklə MKS-nin strukturuna 1 mərkəzi kitabxana və 26 kənd kitabxana filialı daxil olmuşdur. Mərkəzi kitabxanada hazırda 6 şöbə fəaliyyət göstərir. Oxuculara xidmət şöbəsi, komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, İnformasiya-resurs şöbəsi. Hazırda Mərkəzi kitabxanada 5- i texniki işçi olmaqla 24 nəfər işçi çalışır. 26 kənd kitabxana filialının isə 30 nəfər işçisi vardır.    

Oğuz rayon MKS-nin fondu                                          174709 ədəddir.

Oxucusu                                                                       10156 nəfərdir.

Kitab verlişi                                                                   186695 nüsxədir.    

              

Poçt ünvanı                                                                AZ-4800.

                                                                      Oğuz  şəhəri, H.Əliyev küç.68 

Telefonu                                                                       (02421) 5-31-87

Kitabxananın faksı                                                        (02421) 5-31-87

WEB sayt.  oghuz.cls.az

E-mail.   oghuz.mks@box.az