Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Haqqımızda
8 Oktyabr , 2015

 

     Mərkəzi Kitabxana  Oğuz rayonunda yerləşir və 1941 –ci ildən fəaliyyət göstərir.
     Kitabxananın fondunda ensiklopediyalar, lüğətlər, məlumat kitabları, elmin müxtəlif sahələrini əhatə edən uşaq kitabları və bədii ədəbiyyat vardır.
     Kitabxana 3 otaqdan  və oxu zalından ibarətdir. Xidmət şöbəsində 5 nəfər işçi fəaliyyət göstərir. Onlardan 2 nəfəri ali, 2 nəfər orta ixtisas təhsilli, 1 nəfər orta təhsillidir.
     Xidmət  şöbəsi 1, 2, 3 saylı orta məktəblərlə və Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə işləyir. Oxuculara xidmət şöbəsində “Ailə abonomenti” təşkil edilmişdir. Şöbə ahıllara, əlillərə, hamilə və uşaqlı qadınlara səyyar kitabxana xidməti göstərir.
     Kitabxanada  20 Yanvar faciəsi ilə əlaqədar “Azadlığa gedən yolun zirvəsi”, “Haray çəkən, qan ağlayan Xocalım” və “31 mart- Qan yaddaşı” mövzusunda ədəbi-bədii kompozisiyalar, “Ana Dili xalqın etnik-mədəni varlığının ifadəsidir”, ”H.Əliyev çağdaş kitabxana quruculuğunun banisidir” , “Xonçalı Novruz gəlir”, “Anadan əziz yenə anadır” başlıqlı ədəbi-bədii gecələr, Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci  il dönümünə həsr olunmuş ”Məşəl kimi yanan ürək” adlı ənənəvi Kitab bayramı, Xalq şairi B.Vahabzadənin 90 illiyinə həsr olunmuş sərgi və “Şairin səsi, xalqın səsi” adlı poeziya gecəsi, faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar A.Həbibullayevlə görüş, “Bakı-2015 I Avropa Oyunları Azərbaycanın adını idman tarixinə yazacaq”, 18 iyun-Milli İnsan Hüquqları gününə həsr olunmuş “Azərbaycan cəmiyyəti və qorunan hüquqlarımız”, “C.Naxçıvanski-120”, 21 sentyabr Sülh aylığı ilə əlaqədar “Yurdda sülh, cahanda sülh”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi“ adlı dəyirmi masa təşkil olunmuş, Oğuzlu yazar Y.Rzayevin “Oğuz abidələri” kitabının təqdimatı, ”Milli mətbuatımız-140” adlı oxucu konfransı keçirilmişdir.

       Kitabxananın fondu- 26863 nüsxə

       Oxucuların sayı –1478  nəfər

       Kitabxanaya gələnlər –12988  nəfər

       Kitab verilişi – 26956 nüsxə


       Kitabxananın iş saatı:
       Hər gün 9.00 – dan 18.00-dək