Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Haqqımızda
9 Oktyabr , 2015

        2011-ci il oktyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 162 № li qərarına əsasən “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidlər”nə dair təlimatına görə respublika kitabxanalarında struktur dəyişiklikləri yarandı. Həmin qərara əsasən Oğuz rayon Mərkəzi Kitabxanasinda 2 yeni şöbə yaradıldı: “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” və “İnformasiya-resurs” şöbələri. Şöbənin 3 nəfər işçisi var. Onlardan ikisi ali təhsilli, bir nəfər orta ixtisas təhsillidir.

    2015- ci ilin sentyabr ayında şöbəyə ALİSA proqramı təqdim olunmuşdur.