Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Haqqımızda
13 Oktyabr , 2015

    Mərkəzi Kitabxananın Uşaq şöbəsi Oğuz rayonunda yerləşir və 1943 –cü ildən fəaliyyət göstərir.
    Kitabxananın fondunda ensiklopediyalar, lüğətlər, məlumat kitabları, elmin müxtəlif sahələrini əhatə edən uşaq kitabları və bədii ədəbiyyat vardır.
Kitabxana 4 otaqdan ,1 nağıl otağından və oxu zalından ibarətdir
Uşaq şöbəsi 1 , 2, 3 saylı orta məktəblərlə və UYM  ilə birgə işləyir. Bundan başqa rayonumuzda məcburi köçkünlərin məskunlaşması ilə əlaqədar, Xocalı, Kəlbəcər və Laçın tam orta məktəblərinə səyyar kitabxana xidməti göstərilir. Kitabxanamızda “ailə abonomenti”də fəaliyyət göstərir.
     Kitabxanada uşaqlarda vətənpərvərlik hissini aşılamaq məqsədi ilə “20 Yanvar Azadlığa gedən yolun zirvəsi”, “Haray çəkən, qan ağlayan Xocalım “ və “31 mart Qan yaddaşı” sərlövhəli ədəbi-bədii kompozisiyalar, “Vətən mənə oğul desə” adlı şeir müsabiqəsi, “Ana dilim ölən deyil”, “XXI əsr- Gənclər əsridir”, “ADR-in yaranmasının 96-cı il münasibəti ilə “Bayrağımız enməsin, əbədi dalğalansın” adlı ədəbi-bədii gecələr, “Yurdumuza bahar gəlir” ,“Körpələr sevincim mənim”, X.Əlibəylinin 95 illiyi ilə əlaqədar “Uşaq qəlbli şairə” mövzulu səhərciklər, “Əsrin fenomen şəxsiyyəti”, “Tarixin dönüş nöqtəsi” başlıqlı oxucu konfransı, Ümummilli lider H.Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ”Məşəl kimi yanan ürək” adlı “ Kitab Bayramı” keçirilmişdir. C.Məmmədquluzadənin “Qurbanəlibəy“ nəsr əsərinin, S.Rəhimovun ”Mehman” povestinin müzakirəsi, B.Vahabzadənin 90 iliyi  və Ə.Vahidin 120 illiyi ilə əlaqədar olaraq poeziya gecələri, 1 Avqust Azərbaycan əlifbası və Ana dili günü ilə bağlı “ Dil milli varlığımızdır” adlı dəyirmi masa , həmçinin müxtəlif mövzularda ucadan oxu və söhbətlər keçirilmişdir.

Kitabxananın fondu- 16126 nüsxə

Oxucuların sayı – 1212 nəfər

Kitabxanaya gələnlər – 9298 nəfər

Kitab verilişi – 25245 nüsxə


Kitabxananın iş saatı:
Hər gün 9.00 – dan 18.00