Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
15 Dekabr , 2016
15 dekabr 2016-cı il tarixində Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi H.Babayev adına şəhər 1 saylı tam orta məktəbin VIIIb sinfində Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın anadan olmasının 55-ci ildönümü ilə əlaqədar "Azərbaycanın qəhrəman qızı Salatın Əsgərova" mövzusunda söhbət aparılmışdır. Tədbirdə  Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Manafova çıxış edərək Salatın Əsgərovanın həyatı və jurnalist fəaliyyətindən bəhs edərək bildirdi ki, onun toxunduğu məsələlər əsasən Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Məktəbin tarix müəllimi H.Rəsulova şagirdlərə qadın Milli Qəhrəmanlar haqqında, dil-ədəbiyyat müəllimi T.Mirzəyeva isə N.Xəzrinin “Salatın” elegiya-poeması haqqında məlumat verdilər.Sonra kitabxanaçılar Milli Qəhrəman haqqında yazılan kitablar barəsində şagirdlərə məlumat verdi. Sonda mövzu ilə bağlı uşaqlarla sorğu keçirildi. Məktəblilər verilən sualları fəallıqla cavablandırdılar.