Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
9 Noyabr , 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur.                                                                                                                                                       Bu münasibətlə 08.11.2017-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi “Azərbaycan bayrağı- fəxrımiz,vüqarımız!” adlı ədəbi bədii kompozisiya hazırlamışdır . Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra Mərkəzi Kitabxananın oxu zalının müdiri İ.Rəhmətullayeva “Müstəqilliyimizin və milli mənsubiyyətimizin  müqəddəs rəmzi olan bayrağımız “ başlıqlı məruzə etdi.                                                           

     Şəhər 1 saylı məktəbin  V və VI sinif şagirdləri Bayraq günü münasibəti ilə hazırladıqları kompozisiyanı təqdim etdilər. Sonra Oğuzlu yazar Y.Rzayev, Gİİ- nümayəndəsi Ş.Rüstəmov və Şəki Regional Mədəniyyət və Turizm şöbəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi U.Baxışova çıxış edərək öz təbriklərini çatdırdılar.