Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Elanlar
22 Oktyabr , 2018
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə oktyabrın 24-də saat 15.00-da Oğuz rayon Mədəniyyət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Kitab karvanı: Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi” keçirəcək. Sərginin keçirilməsində məqsəd uşaq ədəbiyyatına marağı artırmaq, uşaqları mütaliəyə cəlb etmək, uşaqların oxu ehtiyacını təmin etmək, ictimaiyyətin diqqətini bu məsələyə yönəltməkdir. 
 Layihə çərçivəsində kitab sərgiləri, uşaqların əl işləri, rəsmləri nümayiş olunacaq, uşaqların ifasında rəqslər, mahnılar dinləniləcək. Həmçinin uşaqlar arasında “Nağıllarımızı bilirsinizmi?” adlı viktorina da keçirilərək qaliblər mükafatlandırılacaq. Uşaqların çox sevdikləri kitabların multimedia nümayişi, yazıçı və şair, rəssam, nəşriyyat işçiləri ilə maraqlı görüşlər təşkil olunacaq.
   F.Köçərli adına Respublika Uşaq Kitabxanası səyyar sərgilərdə nümayiş olunan kitabları uşaq kitabxanalarına hədiyyə edəcək. “Altun”, “Təhsil”, “Turan»”, Kitab klubu, ”Beşik”, “Çinar-çap” nəşriyyatlarının kitablarının sərgi-satışı da təşkil olunacaq.