Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
6 Dekabr , 2018

      06.12.2018- ci il tarixdə saat 11:00 da Oğuz rayon mərkəzi kitabxanasının uşaq şöbəsi  “Nağıl otağı”nda H.Babayev adına şəhər 1 saylı məktəbin ıb sinif şagirdlərinin iştirakı ilə “Hərə bir nağıl desin” adlı səhərcik keçirilmişdir. Tədbirdə sinif müəllimi Mustafazadə Kəmalə də iştirak edirdi.

     Tədbirdə Uşaq şöbəsinin müdiri K.Cəfərova kitabxanada olan nağıl kitabları, nağıllar və nağıl qəhrəmanları  haqqında uşaqlara maraqlı məlumat lar verdi. Sonra Aydınlı Nihat - “Turp”, Əzizov Hafiz - “Tülkü və Hacıleylək”, Qafarov Sərxan - “Cırtdan”, Babazadə Əli - “ Qoğal”, Nəbizadə Səadət - “Cırtdan və Qırmızıpapaq” və başqa nağılları danışdılar. Tədbir uşaqların çox xoşuna gəldi.

Foto Qalereya