Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
24 Dekabr , 2018

      Oğuz rayon Mərkəzi Kitabxanasının oxu zalında 22.12.2018-ci il tarixdə “Kitab təqdimatı” keçirilmişdir.

    Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynlinin “Vətən mənə oğul desə...” kitabı, uzun illər Oğuz rayonunda müxtəlif vəzifələrdə işləmiş,müstəqilliyin ilk illərində rayona rəhbərlik etmiş, Milli Məclisin ilk deputatlarından olmuş Mirbala Salamov haqqında yazılmışdır.

    Təqdimatda Oğuz rayonunun ziyalıları, rayon ağsaqqalları və veteranları, Mirbala Salamovun iş yoldaşları,dostları,qonşuları,ailə üzvləri,mərkəzi kitabxananın işciləri, rayon sakinləri iştirak edirdilər.

     Əvvəlcə “Oğuz yurdu”qəzetinin redaktoru Nazim Hüseynli tədbiri açaraq, kitab haqqında məlumat verərək, “M.Salamovun ömür yoluna güzgü tutan bu kitabda onun həyat və fəaliyyətini əks etdirən materiallar, qəzet yazıları, ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, ziyalıların, müxtəlif sahələrdə çalışan bir sıra insanların xatirələrinin toplandığını” bildirdi. Sonra söz uzun illər M.Salamovla işləyən,onu yaxından tanıyan insanlara verildi.İlk olaraq uzun illər RİH-in hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş Əsgər Bəkirov, ATİAHİ-nin Oğuz rayon Komitəsinin sədri Telman Mustafayev, jurnalist Rasım Amanov, MKS-nin direktoru S.Mikayılova ,Gənclər İdarəsinin nümayəndəsi Şaiq Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar müəllimi, kitabxananın fəal oxucusu M.Əsədova, rayon sakini Yamən Rzayev, şair- tədqiqatçı Yusif Rzayev, şairə Şükufə Ruhlu,sahibkar Məzahir Şəkərəliyev, Qaragavıdan Oğuza pənah gətirmiş İlham Əliyev, İş yoldaşıTahir Çələbiyev,iş adamı Rafiq Liviyev, Laçın RİH başçısının Oğuz rayon üzrə nümayəndəsi Həsən Həsənov,Bakı şəhərindən gələn qonaq, jurnalist Zahirə İbrahimova-Salamova,ailə üzvləri və başqalarına verildi.Çıxış edənlər hər biri ayrı-ayrılıqda öz xatirələrindən danışıb, M.Salamovun necə alicənab bir insan,vətənini,elini obasınını sevən vətəpərvər,rayonumuzun inkişafı üçün çox işlər görmüş rəhbər,gözəl ailə başçısı,mehriban ata,yaxşı dost, qonşu olduğunu dilə gətirdilər. M.Salamovun həyat yoldaşı Ulduz Salamova gələn qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. “Bu kitabın Mirbala müəllimi sevənlərə böyük bir töhfə olduğunu” dilə gətirdi.Tədbirin sonunda iştirakçılara kitab hədiyyə olundu.

Foto Qalereya