Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
7 Fevral , 2019

07 fevral  Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Bu məqsədlə 07 fevral  2019-cu il tarixdə  Oğuz rayon H.Babayev adına 1 saylı şəhər tam orta məktəbin IX sinfində Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş “Mübariz kimi mübariz olaq” adlı informasiya günü keçirdi.Tədbirdə məktəbin IX sinif şagirdləri, müəllimlər iştirak edirdilər.

      Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəman M.İbrahimova həsr edilmiş kitablarla  tanış oldular.

      Tədbiri məktəbin direktor müavini A.Quliyev açmış, qəhrəmanın, eləcə də bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

      Sonra Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova çıxış etmiş, Mübarizin həyat və döyüş yolu ilə bağlı məlumat   vermişdir. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin kitabxanaçısı A.Cəfərova “Mübariz kimi olaq” adlı məruzə ilə çıxış etdi.

      Tədbirin sonunda N.Qasımova Azərbaycan gənclərinin vətənpərvər yetişməsində belə tədbirlərin rolunun böyük olmasını vurgulayaraq, tədbirin iştirakçılarına minnətdarlığını bildirmişdir.