Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
25 Fevral , 2019

      25.02 2019-cu il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının uşaq şöbəsi Xocalıda baş verən qanlı cinayətin 27 illiyi ilə əlaqədar   “Yaddaşlardan silinməyən faciə” adlı ədəbi –bədii kompozisiya hazırlamışdır. Tədbirdə RİH-in nümayəndələri, UGİM – nin müəllim və dərnək üzvləri, Gİİ-nin nümayəndələri, H.Əliyev adına mərkəzin və Oğuz rayon Tarix Diyarşünaslıq muzeyinin kollektivləri və şəhər H.Babayev adına 1 saylı tam orta məktəbin VII sinif şagirdləri iştirak edirdilər.

     Uşaq şöbəsinin müdiri K.Cəfərova tədbiri açaraq Xocalı soyqırımının Azərbaycan tarıxinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olması barədə məlumat verdi. Uşaq şöbəsinin baş biblioqrafı T.İsayeva “Xocalı əsrin faciəsidir” başlıqlı məruzə etdi. Şagirdlərin hazırladığı kompozisiya dinlənildi. RİH-in nümayəndəsi E.Əhmədov faciə haqqında öz fikirlərini iştirakçılarla bölüşdü. Sonra Xocalı hadisələrini özündə əks etdirən vıdeo çarx izlənildi.Tədbirin sonunda K.Cəfərova bu günki tədbirin iştirakcılarına öz təşəkkürünü bildirdi. İştirakçılar Xocalı faciəsinin 27 –ci ildönümünə həsr edimiş sərgiyə baxdılar.