Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
7 Aprel , 2019

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibəti ilə 07 aprel 2019-cu il tarixdə Oğuz şəhər 7 illik Uşaq musiqi məktəbi, rayon Mədəniyyət Mərkəzi ilə birgə “10 000 000-luq Azərbaycanım” adlı konsert  təşkil etmişlər.Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Konsertdə  muğam, vətən haqqında və xalq mahnıları səsləndirilmiş, müxtəlif rəqslər ifa olunmuşdur.

   Tədbirdə ifalar yer almışdır. Tədbirin aparıcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  10 milyonunçu sakininin dünyaya gəlməsi ilə əlaqədar təbriklərini çatdırmış, ölkəmizdə aparılan uğurlu islahatlardan  geniş söhbət açılmışdır. Konsert  iki saata yaxın davam etmişdir.