Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
5 May , 2019

      Oğuz rayon Mərkəzi Kitabxanası Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 2019-cu il may ayının 5-də Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Kitab nəsillərin bir-birinə vəsiyyətidir” adlı  “Oxu Bayramı” keçirmişdir.

    Oğuz rayon Mədəniyyət  Mərkəzində baş tutan “Oxu Bayramı”nda H.Əliyev Mərkəzinin və Tarix Diyarşünaslıq muzeyinin işçiləri,1 və 2 saylı məktəbin müəllim və şagirdləri, UGİM, bir çox idarə təşkilatların nümayəndələri, geniş oxucu kütləsi və rayon sakinləri iştirak edirdilər.

    Bayram tədbiri aparıcının “XX əsrin siyasət nəhəngi , dahi xilaskar, millət atası, bəşəri və həmişəyaşar ideyaları ilə milyonlarla insanların ürəyində mənəvi abidə qurmuş, mənalı həyat və fəaliyyəti ilə tariximizin parlaq səhifəsini  daha da zənginləşdirmiş Ümummilli liderimiz Heydər Əliyev  Azərbaycanı dağılmaq, məhv olmaq, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas edən, dilini, əlifbasını özünə qaytaran dahi insan” sözləri ilə başladı. 

     Əvvəlcə söz Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon nümayəndəliyinin baş məsləhətçisi Ulduz Baxışovaya  verildi. Ulduz xanım qonaqları və tədbir iştirakçılarını salamlayaraq, kitabsevərlərə bugünki tədbirin əhəmiyyəti haqqında öz fikirlərini söylədi. MKS-nin direktoru S.Mikayılova “Müstəqillik dövründə kitabxanaların qorunub saxlanması, kitabxana işinin inkişaf istiqamətləri və dövlətin kitabxana siyasətinin formalaşması” mövzusunda çıxış etdi. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar müəllimi, kitabxananın fəal oxucusu M.Əsədova, ”Oğuz yurdu” qəzetinin redaktoru N.Hüseynli, Oğuz rayonunun 3 saylı məktəb-liseyin biologiya müəllimi, kitabxananın fəal oxucusu  G.Abdullayeva və b. çıxış edərək bugün qazandıqları hər bir uğura görə kitaba və kitabxanaya borclu olduqlarını dilə gətirdilər. Tədbirin sonunda Şəki  Regional Mədəniyyət İdarəsinin Oğuz rayon nümayəndəliyinin baş məsləhətçisi U.Baxışova gələn qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

       Bayram tədbirində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən “Əsrin lideri” adlı guşə, ”Müstəqilliyimiz əbədidir, doğma Azərbaycanım”, ”Sirli sehirli nağıllar”, “Yeni nəşrlər”, ”Unudulmuş kitablar”, “Dünya şöhrətli klassiklərimiz”,  ”Əsir torpaqlar”, ”Elektron kitablar”, ”2019-cu il Nəsimi  ilidir”, “Cənnətməkan Oğuzum”, ”Dünya şöhrətli klassiklərimiz”, “Azərbaycan qadını”,  “Ensiklopediya və lüğətlər”, “Dünya ədəbiyyatı”, “Tarıximizin qəhrəmanlıq salnaməsi”, “Oğuz yazarları”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, Tarix diyarşünaslıq muzeyinin “Qədim əlyazmaları”, L.Babayevanın hazırladığı əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

     Tədbir boyunca Oğuz rayon mədəniyyət mərkəzinin musiqiçiləri, rayon 1 saylı məktəbin şagirdlərinin bədii qiraəti və  körpə fidanların rəqsləri tədbir iştirakçıları tərəfindən daha maraq və alqışlarla qarşılandı. Tədbirın sonunda fəal oxuculara və kitabxanaçılara hədiyyələr təqdim olundu.