Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
8 May , 2019

      08.05.2019-cu il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının oxuculara xidmət  və uşaq şöbəsi birlikdə  Faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə Böyük Vətən Müharibəsi iştirakçılarının abidəsi önündə anım mərasimi keçirmişlər. Tədbirdə şəhər H.Babayev adına 1 saylı və E.Abdullayev adına 2 saylı tam orta  məktəblərin şagirdləri iştirak edirdilər.Əvvəlcə Böyük Vətən Müharibəsində və eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və torpaqlarının azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük Vətən Müharibəsi iştirakçılarının abidəsi önünə tər çiçək dəstələri düzdülər. Tədbirdə oxuculara xidmət  şöbəsinin və uşaq şöbəsinin müdirləri N.Qasımova və K.Cəfərova çıxış edərək qeyd etdilər ki, bəşər  tarıxinin  ən dəhşətli və qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsindən bizi 74 illik bir zaman kəsiyi  ayırsa da bəşəriyyəti ölümlə hədələyən hərb tufanının dəhşətləri hələ də yaddaşlardan silinməyib.Sonra şagirdlər hazırladıqları şeirləri söylədilər.