Oğuz rayon Mərkəzi kitabxanası

Oğuz rayon MKS
Tədbirlər
2 İyul , 2019

İyul ayının 2-də 2019-cu il tarixdə Oğuz rayon Mərkəzi Kitabxanasının  təşkilatçılığı ilə Mərkəzi kitabxananın oxu zalında  “Milli mənəvi dəyərlərimizi qoruyaq” adlı dəyirmi masa təşkil olunmuşdur.

     Tədbirdə Tarix-diyarşünaslıq muzeyinin, Gİİ- nin əməkdaşları, Uşaq, Gənclər İnkişaf Mərkəzinin işçiləri iştirak edirdilər.Tədbiri MKS-nin direktoru Səhər Mikayılova açaraq,Milli mənəvi dəyərlərimiz haqqında danışdı. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin  kitabxanaçısı Almaz Cəfərova “Milli mənəvi dəyərlərimizi sevək və qoruyaq”, uşaq şöbəsinin biblioqrafı Təranə İsayeva “Uşaqlar və milli mənəvi dəyərlərimiz”, oxu zalının müdiri İlhamə Rəhmətullayeva “Milli mənəvi dəyərlərin əsas qaynaqları”, Uşaq şöbəsinin müdiri Kəmalə Cəfərova “Müasir təhsildə milli-mənəvi və əxlaqi dəyərlər” başlıqlı məruzələr etdilər.Sonra Mərkəzi kitabxananın İnformasiya resurs şöbəsinin müdiri Mehparə Bəkirova öz çıxışında Dünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda dünən başlamasından danışaraq, ölkəmizdə və beynəlxalq arenada mühüm əhəmiyyət kəsb etdiyini  vurğuladı.Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova milli mənəvi dəyərlərin qorunmasında kitabxanaların üzərinə düşən vəzifələrdən danışdı.Tarix Diyarşünaslıq muzeyinin əməkdaşı Tamam Şabanova və başqaları milli mənəvi dəyəyərlərimizi qorumaq hamımızın borcu olduğunu dilə gətirdilər. Tədbirin sonunda “Milli mənəvi dəyərlərimiz tariximizdir ” adlı sərgiyə baxış oldu.